0
Wednesday 12 November 2014 - 10:13

Bakıda təcili yardım maşını aşıb

Story Code : 419118
Bakıda təcili yardım maşını aşıb
APA-nın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Azadlıq prospekti ilə kəsişmədə təcili yardım avtomobili "KİA" markalı minik maşını ilə toqquşub və aşıb.
Avtomobilin sürücüsü Ramiz İbrahimovun APA-ya verdiyi məlumata görə, klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb və beyin xəsarəti alıb. Onu Bakıya gətirmək üçün tələsən təcili yardım avtomobili sayrışan işıqlarla və mikrofonla xəbərdarlıq edərək, yol kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib. İşıqforun yaşıl işığında keçən "KİA" markalı avtomobil təcili yardım maşınına çırpılıb və ambulans aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Comment