QR CodeQR Code

Ruhani Bakıda

12 Nov 2014 19:34

IslamTimes - Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri dövründə Rəcəb Tayyib Ərdoğanın xeyrinə işlədiyinə görə “TRT Türk” telekanalına cəza kəsib.


Ans press-in məlumatına görə, komissiya bildirib ki, “TRT Türk” telekanalı seçki kampaniyası dövründə üç gündə (6-8 avqust 2014-cü il arasında) Ərdoğana 5 saat 26 dəqiqə müddət ayırsa da, digər namizədlərə heç yer verməyib. 
Bunun üçün “TRT Türk” telekanalı üçün 7 proqram dayandırma cəzası verilib. Beləliklə, TRT-yə verilən ümumi proqram dayandırma cəzası 25-i keçib.
Mərkəzi Seçki Komissiyasının qərarında deyilir: "Demokratik cəmiyyət nizamının əsasını təşkil edən seçkinin azad, sərbəst və bərabər şərtlər daxilində gerçəkləşdirilə bilməsi üçün namizədlər arasında bərabər imkanların təmin edilməsi vacibdir".


Story Code: 419208

News Link :
https://www.islamtimes.org/az/news/419208/ruhani-bakıda

Islam Times
  https://www.islamtimes.org