QR CodeQR Code

Pan Gi Mun Bakıya və İrəvana çağırış etdi

14 Nov 2014 11:47

IslamTimes - BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinin qarşısını almaq üçün Azərbaycan və Ermənistana çağırış edib.


Axar.az “Vestikavkaza.ru”ya istinadən xəbər verir ki, BMT Baş katibinin müavini Farhan Haq Pan Gi Munun Dağlıq Qarabağda hərbi vertolyotun məhv edilməsindən sonra tərəfləri təmkinli olmağa dəvət etdiyini deyib.
Pan Gi Mun Azərbaycan və Ermənistanı atəşkəs rejiminə hörmət etməyə, həmçinin vəziyyətin daha da gərginləşməsinə yol verməməyə və münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində tərəflərin götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb.


Story Code: 419469

News Link :
https://www.islamtimes.org/az/news/419469/pan-gi-mun-bakıya-və-irəvana-çağırış-etdi

Islam Times
  https://www.islamtimes.org