QR CodeQR Code

Kanada səfirliyi casusluqda ittiham edildi

27 Oct 2010 19:57

IslamTimes - Rusiya Turindustriya İttifaqı (RST) Rusiya XİN-ə Kanada səfirliyindən şikayət edib.


“İnterfaks”ın İttifaqın mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Kanada səfirliyi öz anket sorğusunda Rusiya vətəndaşlarından hərbi xarakterli məlumatlar toplayır. Anketlərdə vətəndaşların xidmət dövrü, qulluq etdiyi hərbi hissənin sayı və növü qeyd olunur.
Mətbuat xidmətinin katibi İrina Tyurina bildirib ki, səfirlik viza prosedurunu aşan tələblərini genişləndirməkdədir. O bildirib ki, səfirliyin yeni anket blanklarındakı suallar adi qarşılana bilməz. Hələ ki, Rusiya xarici işlər nazirliyi (XİN) mövzu ilə bağlı açıqlama verməyib. İttifaq bildirir ki, 2010-cu ilin birinci yarısında Kanadaya turist səfərinə gedənlərin sayı iki min nəfərdən çoxdur.


Story Code: 41958

News Link :
https://www.islamtimes.org/az/news/41958/kanada-səfirliyi-casusluqda-ittiham-edildi

Islam Times
  https://www.islamtimes.org