QR CodeQR Code

"Mövsüm Səmədova azadlıq"

İslaminsesi , 17 Nov 2014 16:24

İslamtimes - Bu gün AİP-in lideri Mövsüm Səmədovun Apelyasiya məhkəməsidir


AİP sədri hacı Mövsüm Səmədovun işi üzrə keçirilən apellyasiya məhkəməsində Mirzəli Abbasovun hakimliyi ilə hazırlıq iclası işini başa çatdırıb.

Vəkil Anar Qasımlı vəsadət qaldıraraq Mövsüm Səmədovun məhkəmə baxışı dövründə ümumi təcridxanada deyil, 12 saylı cəzaçəkmə müəssisəsində “karsda” saxlanmasını qeyri-qanuni hesab etdiyini deyib və məhkəmədən bu məsələnin tezliklə həll olunmasını tələb edib.

O, məhkəmə heyətinin diqqətinə çatdırıb ki, ona vəkili ilə görüş verilmir. Buna səbəb kimi isə karsda olduğu üçün görüş verilməməsi göstərilib. Öz növbəsində hakim M. Abbasov bu məsələni müzakirə edəcəklərini bildirib.

Verilən məlumata görə, növbəti məhkəmə prosesi 24 noyabr saat 11:20-da keçiriləcək.

Mövsüm Səmədov məhkəmədə iştirak edən yaxınlarına və əqidə dostlarına səhhətinin, ruhiyyəsinin yaxşı olduğunu deyib, bütün qardaşlara salamlarını çatdırmağı tapşırıb.

Məhkəmə binası qarşısında dindarlar əllərində "Vicdan məhbuslarına azadlıq", "Mövsüm Səmədova azadlıq" sözləri yazılmış plakatlar tutaraq etiraz şüarları səsləndiriblər.
*****
Bu gün saat 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məhkəmə prosesinin keçirələcəyi bildirilmişdi.

Verilən xəbərə görə, saat 10-dan məhkəmə binası qarşısına xeyli adam toplaşıb. Məhkəmə prosesi isə gecikməklə başladı.

Qeyd edək ki, oktyabrın 9-da AİP-in lideri Mövsüm Səmədovun Qobustana köçürülməsi keçirilən prosesdə hakim AİP liderinin 2 il müddətinə Qobustanda qalması ilə bağlı hökm çıxarıb.

AİP lideri Mövsüm Səmədovun heç bir səbəb göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindən yeri dəyişdirilərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi, orada isə dərhal “karser”ə salınması, təyin olunan müddət bitməmiş üstünə yenə əlavə olunması, təzyiq altında saxlanması, daha sonra isə oradan da Qobustan ciddi rejimli həbsxanaya köçürülməsi bütün Azərbaycan xalqının və ölkə dindarlarının narazılığna səbəb olub. Məhkəmədən sonra vəkil qərardan apelyasiya şıkayəti verib.

Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov12 il azadlıqdan məhrum edilib.


Story Code: 419956

News Link :
https://www.islamtimes.org/az/news/419956/mövsüm-səmədova-azadlıq

Islam Times
  https://www.islamtimes.org