QR CodeQR Code

Hillari Klinton Asiya dövlətlərinə səfərinə başlayır

28 Oct 2010 10:39

IslamTimes - Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton yeddi Asiya dövlətinə səfərinə başlayır.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu dövlətlərdən biri digərləri ilə müqayisədə ən böyük istehsalat imkanlarına sahib Çindir. Səfərin əsas hissəsini Şərqi Asiya üzrə Vyetnamda keçiriləcək ən böyük Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası - ASEAN sammiti təşkil edəcək. Bundan əvvəlki ASEAN toplantılarında Cənubi Çin dənizi adaları ilə bağlı Çinlə qonşuları arasında ərazi mübahisələri müzakirə obyekti olub. Çinlə Yaponiya arasında Şərqi Çin dənizində cərəyan edən mübahisə Klintonun Çin və Yaponiya rəsmiləri ilə görüşlərinin gündəliyində yer alacaq.


Story Code: 41996

News Link :
https://www.islamtimes.org/az/news/41996/hillari-klinton-asiya-dövlətlərinə-səfərinə-başlayır

Islam Times
  https://www.islamtimes.org