0
Thursday 28 October 2010 - 11:41

BMT Tarik Əzizin edamına qarşı çıxıb

Story Code : 42002
BMT Tarik Əzizin edamına qarşı çıxıb
BMT Tarik Əzizin edamına qarşı çıxıb

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki deyib. Onun sözlərinə görə, BMT-nin ölüm hökmləri ilə bağlı mövqeyi yaxşı məlumdur: “Biz ölüm hökmünə qarşıyıq. Başqa hallarda olduğu kimi bu dəfə də biz ölüm hökmünün icra edilməməsinin tərəfdarıyıq”.
Xatırladaq ki, İraqın Ali Cinayət Məhkəməsi Tarik Əzizi asılmaqla ölüm hökmünə məhkum edib. Hökmlə əlaqədar 30 gün ərzində şikayət verilə bilər. Qərarın qüvvəyə minməsi üçün İraqın Prezident Şurasının razılığı lazımdır.
Rusiya, Avropa Birliyi, Vatikan və bir sıra digər dövlət və təşkilatlar İraq hökumətinə müraciət edərək, Tarik Əzizə qarşı ölüm hökmünün icra edilməməsini istəyiblər. /HaqqYolu/

Comment