0
Tuesday 18 November 2014 - 10:45

Donbasda Malayziya təyyarəsinə aid yeni insan qalıqları aşkarlanıb

Story Code : 420105
Donbasda Malayziya təyyarəsinə aid yeni insan qalıqları aşkarlanıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hollandiya hökumətinin açıqlamasında deyilir.

Qalıqları təyyarənin qəza yerində olmuş beynəlxalq ekspertlər qrupu aşkar edib. Tapılan qalıqlar ekspertiza üçün Xarkova, oradan isə Niderlanda göndəriləcək.

Xatırladaq ki, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 298 nəfər həlak olub.
Comment