QR CodeQR Code

Donbasda Malayziya təyyarəsinə aid yeni insan qalıqları aşkarlanıb

18 Nov 2014 10:45

IslamTimes - Ukraynanın şərqində Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni insan qalıqları aşkarlanıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hollandiya hökumətinin açıqlamasında deyilir.

Qalıqları təyyarənin qəza yerində olmuş beynəlxalq ekspertlər qrupu aşkar edib. Tapılan qalıqlar ekspertiza üçün Xarkova, oradan isə Niderlanda göndəriləcək.

Xatırladaq ki, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 298 nəfər həlak olub.


Story Code: 420105

News Link :
https://www.islamtimes.org/az/news/420105/donbasda-malayziya-təyyarəsinə-aid-yeni-insan-qalıqları-aşkarlanıb

Islam Times
  https://www.islamtimes.org