0
Thursday 28 October 2010 - 21:50

UNESCO Şeyx Səfinin məqbərəsini qeydə alır

Story Code : 42068
UNESCO Şeyx Səfinin məqbərəsini qeydə alır
UNESCO Şeyx Səfinin məqbərəsini qeydə alır
Behruz Nedayi Mədəni İrs İdarəsinin işçi qrupunun toplantısında deyib ki , bu mərasim ehtimallara görə mübarək Qədir-Xum bayramı günlərində keçiriləcək və iqlim şəraitinə xatir, mərasim Rzazadə adına 6 min nəfərlik zalda təşkil olunmalıdır.

Onun sözlərinə görə , işçi qrupu Şeyx Səfinin doğum gününün ölkə təqviminə salınaraq onun ürfani şəxsiyyətinin təbliğ olunması kimi müvafiq tədbirlər keçiriləcəkdir.

Nedayi sonra Şeyx Səfyəddin Ərdəbili məqbərəsinin təqdimatı üçün ixtisasləşdirilmiş saytın açıldığını da qeyd edib.

Ərdəbil Mədəni İrs İdarəsinin baş müdiri həmçinin Şeyx Səfyəddin məqbərəsinin beynəlxalq qeydiyyatı mərasiminə qonşu vilayətlərin nümayəndələri , 30 İslam ölkəsinin səfirləri və İran İslam Şurası Məclisinin mədəniyyət komissiyasının üzvlərinin dəvət olunduğunu söyləyib.

O Şeyx Səfyəddin Ərdəbilinin məqbərəsinin qeydə alınmasını Ərdəbil tarixinin fəxri sayaraq deyib : Bu hadisə Ərdəbilin beynəlxalq səviyyədə etibarını yüksəldəcək.
Nedayi sonda sözü gedən mərasimdə Ərdəbil valisi , Ərdəbilin imam cüməsi , prezidentin müavini və Mədəni İrs Təşkilatının sədri , UNESCO-nun təmsilçisi və ölkə başçısının nitq söyləyəcəklərini vurğulayıb.
Source : IRIB
Comment