QR CodeQR Code

Madaqaskarda 40 nəfər taun xəstəliyindən ölüb

22 Nov 2014 10:02

IslamTimes - Madaqaskarda avqustun sonlarından etibarən 40 nəfər taun xəstəliyinin qurbanı olub.


APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə 119 nəfər xəstəliyə yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qənaətinə görə, Madaqaskarın paytaxtında əhalinin sıxlığı və zəif səhiyyə sistemi ilə əlaqədar taun xəstəliyinin geniş yayılması təhlükəsi var. Hələ ki Antananarivuda iki yoluxma hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.


Story Code: 420776

News Link :
https://www.islamtimes.org/az/news/420776/madaqaskarda-40-nəfər-taun-xəstəliyindən-ölüb

Islam Times
  https://www.islamtimes.org