QR CodeQR Code

ABŞ-da növbəti etiraz dalğası

22 Nov 2014 12:21

IslamTimes - ABŞ-ın Siti Luis şəhərinin Ferguson rayonunda 9 avqustda 18 yaşlı zənci gənc Mikael Braunu vuran polis məmuru Darren Vilson haqqında cinayət işinin açılmasının yubanması növbəti etiraz dalğasına səbəb olub.


Teleqraf.com-un məlumatına görə, qara dərili gənci ciddi səbəb olmadan qətlə yetirən polisin cəzalandırılmaması səbəbindən Fergusonda insanlar yenidən küçələrə axışıblar. Onlar yerli polis məmurlarını irqçilikdə və ayrı-seçkilikdə günahlandırıblar.
Nümayişi zor tətbiq etməklə dağıdan polis 3 etirazçını həbs edib. Qeyd edək ki, qətli törədən polis Vilsona qarşı cinayət işinin açılması müxtəlif  bəhanələrlə avqust ayından bəri uzadılır. Bu isə Siti Luisin qara dərili icmasının qəzəbini doğurub.


Story Code: 420808

News Link :
https://www.islamtimes.org/az/news/420808/abş-da-növbəti-etiraz-dalğası

Islam Times
  https://www.islamtimes.org