QR CodeQR Code

Hacı Abgül Süleymanovun vəsatəti təmin edilməyib

Islaminsesi , 21 Nov 2014 16:30

İslamtimes - Dünən Ali Məhkəmədə ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib.


Dünən Ali Məhkəmədə ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib.

Bu barədə Hacı Abgül Süleymanovun vəkili Cavad Cavadov İslamazeri.az-a məlumat verib.

Vəkil bildirib ki, dünən Hacı Abgül Süleymanovun Azərbaycan Respublikası Ali Məhkəməsində apellyasiya məhkəməsinin yekun qərarından (yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərarından) kassasiya şikayətinə baxılmışdır.

Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasına dair qərar qəbul etmişdir. Bu qərar gözlənilən idi.

İndi Avropa Məhkəməsinə müraciət edəcəyik. Həmçinin Abgül Süleymanovun həbsxayana keçirilməsinə dair qərardan Avropa Məhkəməsinə artıq şikayət göndərilib.


Story Code: 420847

News Link :
https://www.islamtimes.org/az/news/420847/hacı-abgül-süleymanovun-vəsatəti-təmin-edilməyib

Islam Times
  https://www.islamtimes.org