QR CodeQR Code

Rusiya-Çin: “Birlikdə mübarizə aparmalıyıq”

23 Nov 2014 00:18

IslamTimes - Çinin Xarici İşlər Nazirliyinin Avropa və Orta Asiya Departamentinin sədri Cu Tsunyuy Çin və Rusiyanın ədalətli bir dünya nizamının yaradılmasında təminatçı olduğunu deyib.


Rusiyada səfərdə olan diplomat Rusiya-Çin əlaqələrinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:
“Çin və Rusiyanın əməkdaşlığı olmadan bölgədə və dünyada sülh və sabitliyin bərqərar olması qeyri-mümkündür”.
Xatırladaq ki, bir müddət öncə bu ölkələrin əlaqələrində xarici qüvvələrin təsir mövqeyinin olması barədə xəbərlər səslənirdi. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin sədri Zou Li Rusiya və Çinin müxtəlif problemlərlə qarşılaşdığını açıqlamışdı. Çinli səlahiyyətli "Yaxın zamanda daha çox problemlə qarşılaşacağımızdan əminəm. Ölkələrimizin maraqlarını qorumaq üçün birlikdə mübarizə aparmalıyıq. Əsas odur ki, iki ölkə arasına nifaq salınmasına icazə verməyək. ABŞ çox istəsə də, buna nail olmadı”. /Axar.az/


Story Code: 420924

News Link :
https://www.islamtimes.org/az/news/420924/rusiya-çin-birlikdə-mübarizə-aparmalıyıq

Islam Times
  https://www.islamtimes.org