0
Sunday 23 November 2014 - 00:18

Rusiya-Çin: “Birlikdə mübarizə aparmalıyıq”

Story Code : 420924
Rusiya-Çin: “Birlikdə mübarizə aparmalıyıq”
Rusiyada səfərdə olan diplomat Rusiya-Çin əlaqələrinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:
“Çin və Rusiyanın əməkdaşlığı olmadan bölgədə və dünyada sülh və sabitliyin bərqərar olması qeyri-mümkündür”.
Xatırladaq ki, bir müddət öncə bu ölkələrin əlaqələrində xarici qüvvələrin təsir mövqeyinin olması barədə xəbərlər səslənirdi. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin sədri Zou Li Rusiya və Çinin müxtəlif problemlərlə qarşılaşdığını açıqlamışdı. Çinli səlahiyyətli "Yaxın zamanda daha çox problemlə qarşılaşacağımızdan əminəm. Ölkələrimizin maraqlarını qorumaq üçün birlikdə mübarizə aparmalıyıq. Əsas odur ki, iki ölkə arasına nifaq salınmasına icazə verməyək. ABŞ çox istəsə də, buna nail olmadı”. /Axar.az/
Comment