QR CodeQR Code

Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" konfransı keçirilir

23 Nov 2014 17:52

IslamTimes - Konfransda dünyanın 80 ölkəsindən o cümlədən Azərbaycandan alimlər və qonaqlar iştirak edir.


"RealnieNovosti" informasiya agentliyinin konfrans salonunda olan xüsusi müxbiri xəbər verir ki, Ayətullahul-üzma Nasir Məkarim Şirazi və Ayətullah Cəfər Sübhaninin elmi  rəhbərliyi ilə keçirilən konfransda ilk olaraq َböyk alim Məkarim Şirazi söhbətə başlayıb.
Ayətullah Məkarim Şirazi qadınları və uşaqları işgəncə ilə öldürən təkfirçilərin hətta qeyri-müsəlmanlarla şəfqətli olmağa çağıran İslam dininə yad bir cərəyana aid olduğunu söyləyib.
Böyük alim təkfirçilərlə ideoloji mübarizənin zəruriliyindən danışıb. O qeyd edib ki, bu virusun kökünü kəsmək alimlərin öhdəsinə düşən bir vəzifədir.
Ayətullahul-üzma Məkarim Şirazi deyib: "Bu konfransın keçirilməsində məqsəd İslam alimlərinin əl-ələ verməsi və xüsusilə cavanların, sadəlövh insanların təkfirçilərin hiylələrinə aldanmalarının qarşısını almaqdır. Həmçinin biz bu konfrans vasitəsi ilə dünyaya çatdırmaq istəyirik ki, təkfirçilər İslamdan uzaq bir cərəyandır və İslam mərhəmət, şəfqət dinidir."
Mərasimin davamında Ayətullah Cənnəti söhbətə başladı. O deyib: "Bütün dünya, hətta digər dinlərin nümayəndələri də belə konfranslarda iştirak etməlidirlər. Çünki təkfirçilər heç kimə rəhm etmirlər. Təkfirçilərlə mübarizə hərtərfli olmalıdır. Çünki bəziləri sadəlövhlikdən aldanıb bu yola düşür və Allah yolunda cihad etdiyini düşünür. Başda duranlar isə inadkar zalımlardır və onlar ilə elm, məntiqlə danışmaq faydasızdır."
Daha sonra Misir, İraq və digər ölkələrdən böyük alimlər, Nyu-Yorkun imamcüməsi təkfirçiliyin təhlükəsi, İslam dünyası üçün yaratdığı problemlər, təkfirçilərin imperializmin oyuncağı olması, İslam dininin isə mərhəmət və şəfqətə çağırması və təkfirçiliyin İslamdan uzaq olması barəsində danışdılar.
Qeyd edək ki, konfrans bu gün və sabah davam edəcək.
Qeyd edək ki, şeyxül-islam Allahşükür Paşazadə də uyğun konfransın iştirakçıları arasındadır.


Story Code: 421050

News Link :
https://www.islamtimes.org/az/news/421050/qum-şəhərində-ekstremist-və-təkfirçi-cərəyanlar-islam-alimlərinin-baxışında-konfransı-keçirilir

Islam Times
  https://www.islamtimes.org