0
Monday 24 November 2014 - 21:08

Allahşükür Paşazadə İranda İsrailin cinayətlərindən danışdı

Story Code : 421205
Allahşükür Paşazadə İranda İsrailin cinayətlərindən danışdı
"RealnieNovosti"nin xüsusi müxbiri xəbər verir ki, Konfransın 2-ci günü yerli vaxtla saat 9-00 radələrində başlayıb. Quran tilavəti ilə işə başlayan konfransda öncə Ayətullah Təsxiri təkfirçi qrupların dünya üçün bir təhdid olduğundan, onların İslam adı altında günahsız insanların qanını axıtdığından danışıb. Daha sonra böyük alim Ayətullah Təsxiri bütün Qafqazın şeyxi, Azərbaycan Respublikasının konfransdakı nümayəndəsi Allahşükür Paşazadəni çıxış etmək üçün dəvət edib. Amma QMİ sədri salondo olmadığından çıxış bir qədər təxirə salınıb.
Amma bir qədər sonra Allahşükür Paşazadə konfrans salonuna daxil olub və az sonra öz çıxışına başlayıb.
Təqribən 11 dəqiqəlik çıxışında Allahşükür Paşazadə Qafqaz, xüsusi ilə Azərbaycan xalqının salamını alimlərə, konfrans iştirakçılarına çatdıraraq deyib: "Uca Allahın yer üzündə yaşayan bəndələrinə ən mühüm tövsiyələrindən biri onların bir-birinə qarşılıqlı hörmət çərçivəsində yaşamalarıdır.
Bu iclasda iştirak etmək, siz əzizlərlə birlikdə olmaq bizlər üçün böyük şərəfdir.
Təəssüflər olsun ki, hazırda bəzi quplar qərəzli şəkildə İslam dünyasında ixtilaf şölələrini yaymaqdadır. Bu isə Qərbin demokratiya ilə bağlı səsləndirdiyi şüarlarla ziddiyyət təşkil edir. Son zamanlar müqəddəs məkanların partladılması, əzadarlıq və digər mərasimlərdə iştirak edən insanlara qarşı terror əməliyyatlarının həyata keçirilməsi, müqəddəs Qurana qarşı edilən hörmətsizlik, həzrət Peyğəmbərin (s) karikaturalar və filmlər vasitəsi ilə təhqir edilməsi qövmi və məzhəbi qarşıdurmalara səbəb olur.
Son günlərdə Əl-Əqsa məscidi də sionistlər tərəfindən təcavüzə məruz qalıb. Biz məntəqədə baş verən bütün qarşıdurmaların səbəbi olaraq İslam və müsəlmanlara qarşı yönəlmiş bu cür cinayətləri görürük. Biz hamını sülh içində yaşamağa dəvət edirik.
Təəssüflər olsun ki, bu gün dünyada təkfirçilər fəallaşıb və bu bütün dünya insanlarına qarşı təhdiddir. Bu gün İslami vəhdəti aradan qaldırmaq niyyətində olan qüvvələr İraq, Suriya, Fələstin, Qüds, Yəmən, Liviya, Əfqanıstanda öz hədəflərinə nail olmağa çalışırlar.
Qərb İŞİD kimi təkfirçi qruplar vasitəsi ilə İslami dövlətləri hədələyir, onların sərvətlərini ələ keçirir.
Bu gün terroristlər müqəddəs məkanları, hətta ilahi peyğəmbərlərin qəbirlərini partladaraq yerlə yeksan edir.
Onlar Allahu Əkbər deyərək müsəlmanların başını kəsir, hətta uşaqlara, qocalara, qadınlara belə rəhm etmirlər.
Əziz alimlər, şəxsiyyətlər və ali məqamlı qonaqlar biz 20 faiz torpaqları işğal olunmuş, Xocalı soyqırımını yaşamış və məscidləri işğalçı ermənilər tərəfəindən dağıdılmış bir xalq olaraq İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınına, eləcədə İŞİD-in, sionistlərin təcavüzlərinə göz yuma bilmirik.
Biz bütün bunlarla mübarizədə İran İslam Respublikasının vəhdət və həmrəylik modelini dəstəkləyirik. Uca Allah bu modeli dünyaya tanıtdıran imam Xomeyniyə rəhmət etsin. Mən fürsətdən istifadə edib vəliyyi-fəqih cənab Ayətullah Xameneiyə, eləcə də konfransın təşkilatçısı olan Ayətullah Məkarim Şiraziyə minnətdarlığımı bildirirəm."
Comment