0
Monday 24 November 2014 - 19:28

NATO-dan Qarabağ mesajı

Story Code : 421255
NATO-dan Qarabağ mesajı
NATO-un baş katibi Yens Stoltenberq Haaqada keçirilən NATO-un Parlament Assambleyasının iclasında Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisədən danışıb.
ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə o, noyabrın 12-də Dağlıq Qarabağ ərazisində baş verən hadisələrdən narahat olduğunu bildirib.
Y.Stoltenberq deyib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: "Bunun siyasi yolla həllindən başqa alternativi yoxdur. Mən NATO-nun bu məsələdə birbaşa rolunu görmürəm. NATO danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsi üzrə möhkəm sülh şəraiti yaratmaq üçün Minsk prosesini dəstəkləyir."
Comment