0
Saturday 30 October 2010 - 08:12

Seyyid Həsən Nəsrullah: Biz daha sukut etməyəcəyik!

Story Code : 42181
Seyyid Həsən Nəsrullah: Biz daha sukut etməyəcəyik!
Seyyid Həsən Nəsrullah: Biz daha sukut etməyəcəyik!
Əl Aləm telekanalının bildirdiyinə görə Seyyid Həsən Nəsrullah cümə axşamı gecə 28 oktyabr televiziyada yayımlanan çıxışında bildirib: Biz təhlükəli bir mərhələyə daxil olmuşuq. Bu da bizim namus, kəramət və şərəfimizlə əlaqəlidir.

Nəsrullah sonra Tədqiqat Məhkəməsinin istəklərini də ifşa edib. Livan Hizbullahının baş katibi vurğulayıb: İndi Livanın bütün daxili məsələlərinə və ölkə müstəqilliyinə olan maneələr və bütün müdaxilələrə son qoyulmanın vaxtı gəlib çatıb. Bu müdaxilə bizim şərəfimizə xələl gətirdiyi üçün ən son həddə çatıb.

Seyyid Həsən Nəsrullah onu da qeyd edib ki, Hizbullah İsrail kəşfiyyatçıların vasitəsilə dəqiq məlumatlandırmasını yaxşı bilirdi. Lakin həssas mövqeyi nəzərə alaraq sükut etməyə üstünlük verdi. Livan Hisbullahının baş katibi habelə əlavə edib: Hazırda səbirli olub sükut etmək yeri yoxdur. Yerli və xarici siyasi şəraitdə və yaxud bəzi şəxslərin vəziyyətini nəzərə alaraq bu məsələ qarşısında sükut etmək olmaz.

Seyyid Həsən Nəsrullah beynəlxalq Araşdırma Komitəsi müfəttişlərinin çərşənbə günü Cənubi Zahiyədə qadınlara aid bir tibb mərkəzinə xəbərsiz daxil olduqlarından çox narahat olduğunu da bildirib.

Son Zahiyə hadisəsini sadə bir iş hesab etməyən Seyyid Həsən artıq sükut etməyəcəyini vurğulayıb.

"Biz ölkədə daxili məsələləri və siyasi şəraiti nəzərə alaraq səbirlə davranırıq. Amma deyəsən müdaxilələrin arası kəsilmir" – deyən Seyyid Həsən Nəsrullah sözlərinə belə davam edib: Qadınlara aid tibb mərkəzindəki tibbi işlərinin yoxlanılması qeyri-adi bir əxlaqsızlıqdır.

O, sözlərinə aydınlıq gətirərək davam edib: Tədqiqatçıların bu əxlaqsızlığı bizi mövzunun əsasına diqqətlə yanaşmağa vadar edir. O da Beynəlxalq Məhkəmə və tədqiqatçılıq adı altında Livanın bütün daxili işlərinə müdaxilənin ölkə müstəqilliyinə xələl gətirməkdir. Hizbullah rəhbəri habelə vurğulayıb ki, Rəfiq Həriri haqda işin məsuliyyətini üzərinə götürən məhkəmə bir neçə məsləni nəzərdə tutub. O, hakimin yanvar ayından əvvəl qərar çıxarmaq məcburiyyətində olduğunu da qeyd edərək deyib: Biz Amerikanın yerli və regional qüvvələri qıcıqlandırmaqla əlaqədar səylərinin şahidiyik.

Seyyid Həsən Nəsrullah çıxışının sonunda işğal olunmuş Fələstinin şimalında sionistlərin fələstinlilərə aid Ummul Fəhm kəndinə hücumunu da pisləyərək, beynəlxalq təşkilatların bu hadisələrə reaksiya verməməsini də tənqid atəşinə tutub.
Source : IRIB
Comment