OPEK neft hasilatının həcmini azaltmamağa qərar verib
28 Nov 2014 00:17
IslamTimes - Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neft hasilatının sutkada 30 mln barel həcmində müəyyən edilmiş əvvəlki kvotaya dəyişiklik etməməyi qərara alıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə OPEK-in bu gün keçirilmiş konfransının yekun kommünikesində bildirilir.
“Konfrans hasilat həcminin sutkada 30 mln barel səviyyəsində saxlamağı qərara alıb. Bu 2011-ci ilin dekabrında qəbul olunmuş qərara uyğundur”, deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, OPEK-in növbəti konfransı 2015-ci ilin iyunun 5-də keçiriləcək.
Təşkilatın baş katibi Abdulla Səlim Əl Badri neftin hazırkı qiymətinin normal olduğunu qeyd edib.
Story Code: 421830