QR CodeQR Code

Ebolaya qarşı vaksin tapıldı

28 Nov 2014 10:45

IslamTimes - ABŞ-da Ebola virusuna qarşı eksperimental vaksinin ilk klinik sınaqları keçirilib.


Axar.az xəbər verir ki, vaksinin sınaqları iyirmi könüllünün üzərində keçirilib və müsbət nəticə əldə olunub. Belə ki, xəstələrdən hər birinin immun sistemi Ebola virusuna qarşı anti-cisimlər hasil etməyə başlayıb və bu halda iki könüllüdə qısamüddətli qızdırmanın artmasından başqa əks göstəricilər qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, virus qurbanlarının sayı 5,7 min nəfərə çatıb. Daha çox ölüm halları Qərbi Afrikanın üç ölkəsində – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb. Bundan başqa, 16 min nəfər bu virusa yoluxub.


Story Code: 421858

News Link :
https://www.islamtimes.org/az/news/421858/ebolaya-qarşı-vaksin-tapıldı

Islam Times
  https://www.islamtimes.org