QR CodeQR Code

Hindistanda silahlılar və hərbçilər arasında atışma nəticəsində 10 nəfər ölüb

28 Nov 2014 11:47

IslamTimes - Hindistanın Kəşmir əyalətində silahlılar və hərbçilər arasında baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, onlardan dördü dinc sakinlərdir.


APA-nın “Assoşieyted Press”-ə istinadən verdiyi xəbərə görə, Arniya rayonunda başlayan atışma 9 saat davam edib, yaxınlıqdakı kəndin əhalisi təxliyə edilib.
Qeyd edək ki, sentyabrın sonunda və oktyabrda Hindistan-Pakistan sərhədində yerləşən Arniya rayonunda baş vermiş atışma nəticəsində 20 nəfər ölüb, 100 nəfər yaralanıb.


Story Code: 421861

News Link :
https://www.islamtimes.org/az/news/421861/hindistanda-silahlılar-və-hərbçilər-arasında-atışma-nəticəsində-10-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org