0
Friday 28 November 2014 - 14:27

“Boko Haram” daha 35 nəfəri terrora qurban verdi

Story Code : 421888
“Boko Haram” daha 35 nəfəri terrora qurban verdi
“Boko Haram” daha 35 nəfəri terrora qurban verdi
Adamava əyalətinin Mubi şəhərində yola yerləşdirilən bomba uzaqdan idarəetmə vasitəsilə partladılıb.

Partlayış nəticəsində 5-i əsgər olmaqla, 35 nəfr dünyasını dəyişib. Bombalı terrorun Boko Haram qruplaşması tərəfindən həyata keçirildiyi bildirilir.

160 milyon nəfərlə Afrika qitəsinin ən böyük ölkəsi olan Nigeriyanın şimalını nəzarətdə saxlayan Boko Haram terror qruplaşması tez-tez bu vasitəyə əl ataraq insanları qorxu və təzyiq altında saxlayırlar.

Hazırda Mubi şəhərində Boko Haram qarşı mübarizə aparmaq üçün könüllülərdən ibarət silahlı qruplaşmalar təşkil edilib.
Source : Islamazeri
Comment