QR CodeQR Code

"Ukraynadakı vəziyyət “soyuq müharibə” ilə nəticələnə bilər"

29 Nov 2014 10:40

IslamTimes - Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Ukraynadakı vəziyyətin “soyuq müharibə” ilə nəticələnəcəyini istisna etmir.


APA-nın məlumatına görə, bu barədə T.Yaqland “Exo Moskvı” radiosuna müsahibəsində bildirib.
“Düşünmürəm ki, hazırda biz 1989-cu ilədək yaşanan “soyuq müharibə” şəraitindəyik. Lakin bu baş tuta bilər. Bu səbəbdən Ukrayna böhranını nizamlanması üçün bütün imkanlardan istifadə etmək lazımdır”, deyə Yaqland bildirib.
Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü mütləq müdafiə olunmalıdır:  “Berlin divarının uçurulmasından 25 il ötür. Zənnimcə, Avropada yeni “divarlar” qurmaq zamanı deyil”. 


Story Code: 422038

News Link :
https://www.islamtimes.org/az/news/422038/ukraynadakı-vəziyyət-soyuq-müharibə-ilə-nəticələnə-bilər

Islam Times
  https://www.islamtimes.org