0
Saturday 29 November 2014 - 10:49

Miqrantlarla bağlı planın detalları açıqlanıb

Story Code : 422041
Miqrantlarla bağlı planın detalları açıqlanıb
Baş nazir Devid Kemeron yeni qanun layihəsinin detallarını açıqlayıb.
Yeni qanuna görə, Avropa İttifaqına üzv ölkələrdən Britaniyaya gələn miqrantlar ölkə ərazisinə daxil olduqdan etibarən 6 ay müddətində iş tapmasalar, deportasiya olunacaqlar. Miqrantlar həmçinin 4 il müddətində yerli vətəndaşların yararlandığı sosial xidmətlərdən yararlana bilməyəcəklər. Qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələrindən gələn miqrantlar Britaniyada dövlət yardımlarından faydalana bilirlər.
D. Kemeron miqrantların ölkəyə fayda verdiklərini, lakin artıq bu məsələnin nəzarət altına alınmasının vacibliyini vurğulayıb: "Vətəndaşlarımız Avropa İttifaqından ayrılmaq məsələsində yanlış seçim etmək istəmirlər. Ancaq miqrasiya məsələsində də müəyyən sərhədin olmasını tələb edirlər. Əhali miqrasiyaya nəzarəti tələb edir. Vətəndaşlarımız bu məsələdə haqlıdırlar”.   
2015-ci ilin aprel ayından etibarən ölkədə nəzarət-buraxılış məntəqələrində xüsusi idarələr yaradılacaq. Bu idarələrdə ölkəni tərk edən miqrantların pasportları yoxlanılacaq.
Comment