0
Saturday 29 November 2014 - 12:01

İŞİD işğal etdiyi yerlərin yarısını itirdi

Story Code : 422069
İŞİD işğal etdiyi yerlərin yarısını itirdi
Belə ki, Səlahəddin vilayətində İraq ordusu Beyci şəhərində və buradakı neftayırma zavodunda yenidən nəzarəti təmin edə bilib və bir sıra qəsəbələri də işğaldan azad edib. Ancaq Tikrit və Ənbar vilayətlərinə aid Fəlluca və Ramadi şəhərlərinin böyük bir hissəsi hələ də İŞİD-in nəzarəti altındadır.
İraq təhlükəsizlik qüvvələri Əl-Mənar televiziyasına verdiyi açıqlamada ordu, peşmərgə qüvvələri və könüllülərin Qərbi Diyalədəki bir sıra qəsəbələri ələ keçirdiyi bildirilib. Terroçular ərazidən qaçmağa məcbur olublar.
Mənbələr terror təşkilatının müdafiə sisteminin çökdüyünü və ordunun İŞİD-in əlində qalan son mövqelərini də bombalamağa davam etdiyini bildirilib. /Deyerler/
Comment