QR CodeQR Code

Nigeriyada məsciddə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 120-yə çatıb

29 Nov 2014 13:09

IslamTimes - Nigeriyanın Kano şəhərində məsciddə baş vermiş partlayışda ölənlərin sayı 120-yə çatıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bir-birinin ardınca üç partlayış dindarların cümə namazı üçün məsciddə toplaşdlğı zaman  baş verib. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, noyabrın 27-də Nigeriyanın şimal-şərqində avtobus dayanacağında baş vermiş partlayış zamanı 40 nəfər, bir gün əvvəl isə bazarda törədilən terror aktı nəticəsində daha 45 nəfər həyatını itirmişdi.


Story Code: 422098

News Link :
https://www.islamtimes.org/az/news/422098/nigeriyada-məsciddə-törədilmiş-partlayış-nəticəsində-ölənlərin-sayı-120-yə-çatıb

Islam Times
  https://www.islamtimes.org