QR CodeQR Code

Honkonqda baş vermiş toqquşmalarda 10 nəfər xəsarət alıb

29 Nov 2014 13:20

IslamTimes - Honkonqda etirazçılarla polis arasında baş vermiş toqquşmalardan sonra azı 28 nəfər saxlanılıb.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iğtişaşlar nəticəsində səkkizi  polis olmaqla 10 nəfər xəsarət alıb.
Etiraz aksiyasının iştirakçıları yenidən Koulun yarımadasındakı Monqkok adlı əraziyə keçməyə cəhd ediblər. Üç gün öncə asayiş keşikçiləri adıçəkilən ərazini barrikada və çadır düşərgələrindən təmizləmişdilər. Bu dəfə polis nümayişçiləri dağıtmaq üçün rezin dəyənəklər və gözyaşardıcı qazdan istifadə edib.  
Xatırladaq ki, Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Aksiya iştirakçıları Honkonq administrasiyasının rəhbərinin Pekin tərəfindən müəyyənləşdirilməsini deyil, Honkonq sakinləri tərəfindən seçilməsini tələb edirlər.


Story Code: 422100

News Link :
https://www.islamtimes.org/az/news/422100/honkonqda-baş-vermiş-toqquşmalarda-10-nəfər-xəsarət-alıb

Islam Times
  https://www.islamtimes.org