QR CodeQR Code

Obama təyyarədə partlayıcı aşkarlandığını təsdiqlədi

30 Oct 2010 11:04

IslamTimes - ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında təyyarə ilə Birləşmiş Ştatlara göndərilən bağlamalarda partlayıcının olduğunu təsdiqləyib.


Onun sözlərinə görə, partlayıcılar Çikaqodakı sinaqoqlara ünvanlanıbmış və ABŞ üçün real terror təhlükəsi daşıyırmış. Barak Obama bəyan edib ki, ABŞ Yəmən hökuməti ilə “Əl Qaidə”nin bu ölkədəki özəklərinin məhvi üçün fəal əməkdaşlıq edəcək.
Qeyd edək ki, təyyarələrdəki partlayıcılar Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin hava limanlarında aşkarlanıb. Amerika hökuməti iddia edir ki, Dubay və Böyük Britaniya vasitəsilə ABŞ-a partlayıcı göndərilməsini “Əl Qaidə” terror şəbəkəsinin Yəməndəki qanadı təşkil edib. /ANS/


Story Code: 42213

News Link :
https://www.islamtimes.org/az/news/42213/obama-təyyarədə-partlayıcı-aşkarlandığını-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org