QR CodeQR Code

Rusiya: “Avropa öz ayağına güllə sıxır”

30 Nov 2014 08:20

IslamTimes - Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov Avropa Birliyindən (AB) Rusiyaya qarşı sanksiyaların qaldırılmasını və qara siyahı tətbiqinin ləğv edilməsini istəyib.


Axar.az-ın məlumatına görə, “İnterfaks”a danışan Meşkov əks halda ölkəsinin qara siyahı hazırlayacağını və sanksiyalar mövzusunda cavab addımları atacağı xəbərdarlığını edib.
Avropalı ortaqlarından heç nə gözləmədiklərini deyən Meşkov sanksiyaların Rusiyanı sərt addımlar atmağa məcbur etdiyni dilə gətirib: 
“Yalnız bunu gözləyirik: Mənasız sanksiya addımlarınızı sonlandırın. Sanksiyaları qaldırın və qara siyahınızı də ləğv edin. Əks halda biz də cavab vermək məcburiyyətində qalacağıq. Bu addımlar bizi də tədbir almağa məcbur edir”.
Sanksiyaların yalnız Rusiyaya deyil, eləcə də AB-yə böyük təsir etdiyini deyən Meşkov itkiləri eyniləşdirib: 
“Avropa Birliyi ölkələri sanksiyalar ucbatından 2014-cü ildə 40 milyard, 2015-ci ildə isə 50 milyard avro itirəcək. Rusiyanın itkisi də təxminən bu qədərdir”.
AB-nin öz ayağına güllə sıxdığını deyən Meşkov hər keçən gün işini itirən insanların sayının artdığını bildirib: 
“AB ölkələrində, xüsusilə də gənc əhali arasında işsizlik getdikcə artır. Bu baxımdan sanksiyalar Avropada Rusiya ilə müqayisədə daha dağıdıcıdır”.


Story Code: 422238

News Link :
https://www.islamtimes.org/az/news/422238/rusiya-avropa-öz-ayağına-güllə-sıxır

Islam Times
  https://www.islamtimes.org