0
Sunday 30 November 2014 - 12:34

Kabildə əcnəbilərin qaldığı binaya hücum edən talibançılar öldürülüb

Story Code : 422298
Kabildə əcnəbilərin qaldığı binaya hücum edən talibançılar öldürülüb
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan ordusunun nümayəndəsi bildirilib. Məlumata görə, hücum “Taliban” hərəkatının 3 üzvü tərəfindən törədilib.
Hərbçilərin məlumatına görə, hücum zamanı azı 2 nəfər ölüb, 8 nəfər xilas olunub. Bu Kabildə son üç gündə törədilmiş ikinci hücumdur.   
Bundan əvvəl, noyabrın 27-də Böyük Britaniyanın Kabildəki səfirliyi qarşısında terrorçu-kamikadze tərəfindən törədilmiş partlayış nəticəsində Britaniya vətəndaşı daxil olmaqla 5 nəfər ölüb, 34 nəfər yaralanıb.
Comment