QR CodeQR Code

Kabildə əcnəbilərin qaldığı binaya hücum edən talibançılar öldürülüb

30 Nov 2014 12:34

IslamTimes - Əfqanıstanın paytaxtı Kabildə xarici vətəndaşların qaldığı binaya hücum edən talibançılar öldürülüb.


APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan ordusunun nümayəndəsi bildirilib. Məlumata görə, hücum “Taliban” hərəkatının 3 üzvü tərəfindən törədilib.
Hərbçilərin məlumatına görə, hücum zamanı azı 2 nəfər ölüb, 8 nəfər xilas olunub. Bu Kabildə son üç gündə törədilmiş ikinci hücumdur.   
Bundan əvvəl, noyabrın 27-də Böyük Britaniyanın Kabildəki səfirliyi qarşısında terrorçu-kamikadze tərəfindən törədilmiş partlayış nəticəsində Britaniya vətəndaşı daxil olmaqla 5 nəfər ölüb, 34 nəfər yaralanıb.


Story Code: 422298

News Link :
https://www.islamtimes.org/az/news/422298/kabildə-əcnəbilərin-qaldığı-binaya-hücum-edən-talibançılar-öldürülüb

Islam Times
  https://www.islamtimes.org