0
Monday 1 December 2014 - 17:20

İngiltərədə yeni doğulan oğlanlara ən çox Məhəmməd adı verirlər

Story Code : 422541
İngiltərədə yeni doğulan oğlanlara ən çox Məhəmməd adı verirlər
İngiltərədə yeni doğulan oğlanlara ən çox Məhəmməd adı verirlər
Böyük Britaniyada yeni doğulan oğlan uşaqlarına qoyulan adların içərisində ən populyar ad Məhəmməddir. Ötən il ərzində Məhəmməd adı populyarlığına görə 27 pillə qalxaraq, ingilislər üçün ənənəvi olan Oliver, Cek, Noy, Harri, Çarli və Ceyms kimi adları da arxada qoyub.

«Adətən, müsəlman ailələrində ilk uşağa Məhəmməd adı verirlər. Müsəlman adlarının populyarlığının artması Böyük Britaniyanın çoxmədəniyyətliliyinin inkişafını göstərir..» Bunu hamilə qadınlar üçün dünyada məşhur ingils portalı Babycentre yazır.

Böyük Britaniyada, həmçinin, Əli, İbrahim adları da kifayət qədər populyardırlar, yeni doğulan oğlan uşaqlarına bu adlar çox verilir.


Qadın adları içərisində isə Sofiya, Emili və Lili adları liderlik edir. Bu adlardan sonra məşhurluğuna görə, Məryəm və Nur adları gəlir. Məryəm adı yeni doğulan qız uşaqlarına qoyulan adlar sırasında reytinqinə görə 35-ci yerdədir.
Qeyd edək ki, Rusiyada uzun illərdir ki, Aleksandr və Mariya (Məryəm) adları dəbdədir. Yalnız 2014-cü ildə Artyom və Sofiya adları populyarlığına görə önə keçib.
Source : Nur.az
Comment