0
Tuesday 2 December 2014 - 13:42

NATO nazirləri Ukrayna, Rusiya və Əfqanıstandan danışacaq

Story Code : 422743
NATO nazirləri Ukrayna, Rusiya və Əfqanıstandan danışacaq
Danışıqlardan öncə NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, «2014-cü il işğal, böhran və münaqişə ili olub» və «Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə zərbə vurub».
Nazirlər 2015-ci ilədək hazır olacaq aralıq çevik reaksiya qüvvəsini də müzakirə edəcək. Onlar gələn il şərq ərazilərində NATO-nun iştirakını gücləndirmək məsələsindən də danışacaqlar.
NATO nazirlərinin Ukrayna ordusunun modernləşdirilməsinə maliyyə ayrılması üçün fond yaradacaqları gözlənir.
Comment