QR CodeQR Code

NATO nazirləri Ukrayna, Rusiya və Əfqanıstandan danışacaq

2 Dec 2014 13:42

IslamTimes - NATO-nun xarici işlər nazirləri dekabrın 2-də Brüsseldə görüşür. Onlar Ukraynadakı böhranı, Moskva və Qərbin pisləşən münasibətlərini müzakirə edəcəklər.


Danışıqlardan öncə NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, «2014-cü il işğal, böhran və münaqişə ili olub» və «Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə zərbə vurub».
Nazirlər 2015-ci ilədək hazır olacaq aralıq çevik reaksiya qüvvəsini də müzakirə edəcək. Onlar gələn il şərq ərazilərində NATO-nun iştirakını gücləndirmək məsələsindən də danışacaqlar.
NATO nazirlərinin Ukrayna ordusunun modernləşdirilməsinə maliyyə ayrılması üçün fond yaradacaqları gözlənir.


Story Code: 422743

News Link :
https://www.islamtimes.org/az/news/422743/nato-nazirləri-ukrayna-rusiya-və-əfqanıstandan-danışacaq

Islam Times
  https://www.islamtimes.org