QR CodeQR Code

"ABŞ-la Türkiyə arasında fikir ayrılığı var"

2 Dec 2014 14:35

IslamTimes - “Wall Street Journal”da Türkiyə ilə ABŞ-ın Suriyanın şimalında uçuşa yasaq zona yaradılması barədə razılığın əldə olunmasına dair yayılan xəbər ABŞ Dövlət Departamentini hərəkətə gətirib.


Axar.az xəbər verir ki, Departamentin sözçüsü Cen Psaki uçuşa qadağan zona yaradılması haqda Türkiyə ilə danışıqların aparıldığını, lakin razılığın əldə olunmadığını bildirib.
Paytaxt Vaşinqtonda təşkil olunan mətbuat konfransında danışan xanım Psaki qəzetin yaydığı məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb:
“Türkiyə ilə ABŞ arasında uçuşa qadağan zona yaradılması barədə razılıq əldə olunmasıyla bağlı məlumatlar əsassızdır. Türkiyə ilə bu barədə razılığa gəlməmişik. Bu mövzuda Türkiyə hökuməti ilə həftələrlə, aylarla danışıqlar apardıq. Lakin nəticə əldə olunmayıb. Əsas problem sərhədlərin təhlükəsizliyidir. Türkiyə öz təkliflərini təqdim edir. Biz onları dinləyirik. Amma tətbiqə gəlincə, bir razılaşma yoxdur. Açıq şəkildə bəyan edirəm ki, Türkiyə ilə fikir ayrılığımız var”.
Xatırladaq ki, “Vall Street Journal” ABŞ və Türkiyə arasında Suriyanın şimalında uçuşa qadağan zona yaradılması barədə razılıq əldə olunduğunu iddia etmişdi.


Story Code: 422760

News Link :
https://www.islamtimes.org/az/news/422760/abş-la-türkiyə-arasında-fikir-ayrılığı-var

Islam Times
  https://www.islamtimes.org