QR CodeQR Code

ABŞ-dan İsrailə hiyləgər təklif

31 Oct 2010 08:56

IslamTimes – ABŞ İsrail rejiminə Fələstin dövlətinin sərhədləri daxilində qalacaq torpaqları 40 ildən 99 ilə qədər icarəyə götürməyi təklif edib


"Əl-Şərq əl-Avsat" qəzetində yer alan bir xəbərə görə, Vaşinqtonda aparılan qapalı görüşmələrdə İsrail rejimi gələcəkdə qurulacaq Fələstin dövlətinin Qərbi Qüds sərhədləri daxilində qalacaq torpaqların 40 və ya 99 il müddətində icarəyə verilməsini məsləhət görür.
Xəbərdə ABŞ və İsrail rejimi arasında müstəqil Fələstin dövlətinin qurulması müqabilində İsrail rejiminin Fələstindən Qərbi Qüds torpaqlarını icarəyə götürülmə variantının dəyərləndirilməsi Fələstin mənbələrindən də təsdiqləndiyi bildirilir. Sənədə görə, İsrail rejimi Fələstin dövlətinin sərhədləri daxilində qalacaq torpaqları 40 ildən 99 ilə qədər icarəyə götürəcək.
Xəbərdə Fələstin hakimiyətinin bu müzakirələrdən xəbərdar oluqları və təklif barədə bir şərh vermədiyi bildirilir. /Deyerler/


Story Code: 42305

News Link :
https://www.islamtimes.org/az/news/42305/abş-dan-israilə-hiyləgər-təklif

Islam Times
  https://www.islamtimes.org