QR CodeQR Code

ABŞ və müttəfiqləri “İŞİD”in İraq və Suriyadakı mövqelərinə 20 hava zərbəsi endiriblər

6 Dec 2014 09:30

IslamTimes - Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gün ərzində “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 20 hava zərbəsi endirib.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.
Məlumata görə, Suriyada əksər zərbələr Kobani şəhərində terrorçuların canlı qüvvə və hərbi texnikasına yönəlib. Nəticədə silahlılara məxsus bir neçə nəqliyyat vasitəsi məhv edilib.
İraqda isə “İŞİD”-in 6 şəhərdəki mövqelərinə  hava zərbəsi endirilib. Bir neçə silahlı dəstə məhv edilib, terrorçulara məxsus bunker, tikililər, avtomobillər və silah anbarları dağıdılıb.


Story Code: 423657

News Link :
https://www.islamtimes.org/az/news/423657/abş-və-müttəfiqləri-işid-in-iraq-suriyadakı-mövqelərinə-20-hava-zərbəsi-endiriblər

Islam Times
  https://www.islamtimes.org