QR CodeQR Code

Sergey Lavrov: Rusiya ümid edir ki...

6 Dec 2014 21:12

IslamTimes - Sergey Lavrov: “Rusiya ümid edir ki, Qərb Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə vadar edəcək”


APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Segey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında bildirib.
S. Lavrov Ukrayna prezidenti Pyotr Poroşenkonun 9 dekabr tarixində “sakitlik günü” elan etmək barədə qərarını şərh edib: “Ancaq öz ideoloji ehtiraslarını qarşılamaq barədə düşünmək düzgün deyil, Ukrayna xalqının taleyini də fikirləşmək lazımdır. Minsk razılaşmaları əsasında həll edilən məsələləri üsyançıların iştirakı olmadan müzakirə etmək mənasızdır”.
Sergey Lavrov qeyd edib ki, artıq atəşkəs elan edilib: “Atəşkəs zorakılığın nəzərəçarpacaq qədər azalmasına gətirib çıxarıb, amma sakitlik rejimi hələ tam şəkildə bərqərar olmayıb”.
O, həmçinin Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanlar və gözləntilər olduğunu da vurğulayıb: “Bu istiqamətdə iqtisadi münasibətlərin formalaşması region xalqları üçün böyük əhəmiyyət daşıya bilər”.


Story Code: 423832

News Link :
https://www.islamtimes.org/az/news/423832/sergey-lavrov-rusiya-ümid-edir-ki

Islam Times
  https://www.islamtimes.org