0
Sunday 7 December 2014 - 12:04

Rusiyanın Nigeriyadakı səfirliyi: “Saxlanılan təyyarəyə Rusiyaya məxsus deyil”

Story Code : 423918
Rusiyanın Nigeriyadakı səfirliyi: “Saxlanılan təyyarəyə Rusiyaya məxsus deyil”
“Nigeriyada saxlanılan təyyarə Rusiyaya məxsus deyil, həmçinin təyyarənin heyəti də rusiyalılardan ibarət deyil”, deyə səfirlikdən bildirilib.
Bundan əvvəl Nigeriya ordusu göyərtəsində çoxlu silah-sursat olan Rusiyaya məxsus yük təyyarəsinin saxlanıldığını bildirib.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, sənədləşdirilməmiş silah Mərkəzi Afrika Respublikasından (MAR) Çada aparılacaqmış.
Təyyarənin göyərtəsində lazımi qaydada sənədləşdirilməmiş helikopterlərin, avtomobillərin və digər hərbi texnikanın olduğu bildirilir.
Təyyarə Nigeriyanın şimalındakı Kano şəhərinin aeroportunda saxlanılır, ekipajın bütün üzvləri həbs olunub. Faktla bağlı istintaq aparılır.
Comment