0
Sunday 31 October 2010 - 16:45

HƏMAS hərəkatı İsrailin Qüdsdəki kilsəyə hücumuna qarşı çıxdı

Story Code : 42393
HƏMAS hərəkatı İsrailin Qüdsdəki kilsəyə hücumuna qarşı çıxdı
HƏMAS hərəkatı İsrailin Qüdsdəki kilsəyə hücumuna qarşı çıxdı
Onlar bu irqçiliklə səmavi dinlərə qarşı çıxır və Qüdsün yəhudiləşdirilməsinə səy göstərirlər.
Qeyd edək ki, cümə günü irqçi yəhudilər Beytül-Müqəddəsdəki kilsəyə od vurublar.
HƏMAS təşkilatı Fələstin xalqına müraciətlə bildirib: “Biz sizi İsrailin bu çirkin əməlinə qarşı çıxmağa çağırırıq. Onların kilsəyə qarşı etdiyi bu hörmətsizlik qarşısında susmaq olmaz.”
HƏMAS beynəlxalq təşkilatlardan da bu cinayət qarşısında susmayaraq öz vəzifələrinə əməl etmələrini tələb edib. Bu yəhudilərin Fələstin torpaqlarındakı müəddəs məkanlara qarşı ilk cinayəti deyil. Onlar bir neçə müddət öncə Fələstində yerləşən 3 məscidə hücum edərək binaları içindəki Quranlara birlikdə yandırmışdılar.
Nəzərinizə çatdıraq ki, YUNESKO (UNESCO) bir müddət öncə İsrailin “Bilal məscidi” və “Raşel məqbərəsi” kimi bir neçə müqəddəs məkanı yəhudiləşdirməsini dayandırmağa çağırmışdı. YUNESKO bu məkanların hər iki dinə (İslam və Yəhud) aid olduğunu bildirmişdi.
Bundan əlavə YUNİSEF (UNICEF) də İsrail rejimini Məscidül-Əqsa ətrafındakı qazıntıları dayandırmağa çağırmışdı. YUNİSEF bu qazıntıların məscidin binasına ciddi zərbə vurduğunu açıqlayıb. /PressTV/
Comment