0
Monday 8 December 2014 - 08:37

Siyavuş Novruzov kimin deputat seçiləcəyindən danışdı - ŞOK

Story Code : 424378
Siyavuş Novruzov kimin deputat seçiləcəyindən danışdı - ŞOK
Siyavuş Novruzov kimin deputat seçiləcəyindən danışdı - ŞOK
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "virtualaz" saytına müsahibə verib. FaktXəbər-in məlumatına görə, müxbirin, "Deputatlardan ən çox şikayəti təbii ki, vətəndaşlar edir. Siz də deputatları qruplara böldünüz. İkinci qrup, yəni vətəndaşlarla ünsiyyətdə olan, onları dinləyən deputatlardan fəaliyyətindən narazı olduqlarınız varmı" sualına belə cavab verib: "Biz 5 illik tədqiqat aparırıq. Düzdür, bunu indidən açıqlamağım bizə müəyyən təhlillər aparmaqda maneçilik törədə bilər. Amma deyim. Bu tədqiqat zamanı hər bir deputatın parlamentdəki fəaliyyəti, davranış qaydası, beynəlxalq aləmdəki təmsilçiliyi, qanunvericilik təşəbbüsləri, seçicilərlə münasibəti, təkrar namizədliyi irəli sürüləcəyi təqdirdə seçilmək şansı təhlil olunur. Belə deyək ki, bir “setka”, ələk var. Bu ələkdən kim keçəcəksə, növbəti dəfə deputat olacaq.

"Artıq parlament seçkilərinə az qalıb. İndidən o “setka”ya ilişib qalanlar varmı" sualına isə deputatın cavabı belə olub: ""Setka"dan keçməyənlər qalacaq. Məsələn, son parlament seçkilərində Yeni Azərbaycan Partiyasının tərkibində 20-25 faiz dəyişiklik olub. Yeni siyahımız oxunacaq. Onda kimlərin olmayacağı məlum olacaq."
Source : Virtual.az
Comment