QR CodeQR Code

Vyetnamda nüvə stansiyası

1 Nov 2010 10:25

IslamTimes - Rusiya və Vyetnam arasında nüvə enerjisi sahəsində yeni əməkdaşlıq müqaviləsi imzalanıb


Bununla bağlı 2 ölkə arasında müqavilə imzalanıb
Prezident Dmitri Medvedevin Vyetnama səfəri çərçivəsində imzalanan sənədə əsasən Rusiya bu ölkədə yeni nüvə stansiyası inşa edəcək. Stansiyanın maliyyə dəyərinin 4 milyard avro həcmində olacağı bildirilir. Məlumata görə, Moskva kommunist müttəfiqi olan Vyetnamla nüvə sahəsində əməkdaşlığı genişləndirməyi qarşısına məqsəd qoyub. Analoji müqavilə Rusiya və Venesuela arasında da imzalanıb. Qeyd edək ki, Medvedevin səfəri çərçivəsində 2 ölkə lideri Hanoyda ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparıblar. /Xezer/


Story Code: 42439

News Link :
https://www.islamtimes.org/az/news/42439/vyetnamda-nüvə-stansiyası

Islam Times
  https://www.islamtimes.org