0
Monday 1 November 2010 - 10:25

Vyetnamda nüvə stansiyası

Story Code : 42439
Vyetnamda nüvə stansiyası
Vyetnamda nüvə stansiyası
Bununla bağlı 2 ölkə arasında müqavilə imzalanıb
Prezident Dmitri Medvedevin Vyetnama səfəri çərçivəsində imzalanan sənədə əsasən Rusiya bu ölkədə yeni nüvə stansiyası inşa edəcək. Stansiyanın maliyyə dəyərinin 4 milyard avro həcmində olacağı bildirilir. Məlumata görə, Moskva kommunist müttəfiqi olan Vyetnamla nüvə sahəsində əməkdaşlığı genişləndirməyi qarşısına məqsəd qoyub. Analoji müqavilə Rusiya və Venesuela arasında da imzalanıb. Qeyd edək ki, Medvedevin səfəri çərçivəsində 2 ölkə lideri Hanoyda ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparıblar. /Xezer/
Comment