QR CodeQR Code

Rusiya Avropa İttifaqı ilə “Cənub axını” layihəsini müzakirə etməkdən imtina edib

9 Dec 2014 18:37

IslamTimes - Rusiya “Cənub axını” layihəsi ilə bağlı Avropa İttifaqının (Aİ) bu günə təyin etdiyi müzakirələrdə iştirak etməkdən imtina edib.


“APA-Economics”in “Prime” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
“Rusiya Avropa İttifaqının üzvü deyil. Buna görə də bu görüşdə iştirak etmək niyyətimiz yoxdur”, - deyə nazir bildirib.
Qeyd edək ki, bu gün Brüsseldə “Cənub axını” layihəsinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin görüşü baş tutacaq. Avropa Komissiyasının sədri Jan-Klod Yunker bu layihənin hələ də reallaşdırıla biləcəyini düşünür. Bolqarıstanın baş naziri Boyko Borisov da hadisələrin bu cür inkişaf edəcəyi qənaətindədir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyədə səfərdə olarkən “Cənub axını” layihəsinin dayandırılmasını bildirib.


Story Code: 424530

News Link :
https://www.islamtimes.org/az/news/424530/rusiya-avropa-ittifaqı-ilə-cənub-axını-layihəsini-müzakirə-etməkdən-imtina-edib

Islam Times
  https://www.islamtimes.org