0
Tuesday 9 December 2014 - 18:37

Rusiya Avropa İttifaqı ilə “Cənub axını” layihəsini müzakirə etməkdən imtina edib

Story Code : 424530
Rusiya Avropa İttifaqı ilə “Cənub axını” layihəsini müzakirə etməkdən imtina edib
“APA-Economics”in “Prime” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
“Rusiya Avropa İttifaqının üzvü deyil. Buna görə də bu görüşdə iştirak etmək niyyətimiz yoxdur”, - deyə nazir bildirib.
Qeyd edək ki, bu gün Brüsseldə “Cənub axını” layihəsinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin görüşü baş tutacaq. Avropa Komissiyasının sədri Jan-Klod Yunker bu layihənin hələ də reallaşdırıla biləcəyini düşünür. Bolqarıstanın baş naziri Boyko Borisov da hadisələrin bu cür inkişaf edəcəyi qənaətindədir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyədə səfərdə olarkən “Cənub axını” layihəsinin dayandırılmasını bildirib.
Comment