QR CodeQR Code

Lavrov: "Qərb əziyyət çəkəcək..."

9 Dec 2014 19:02

IslamTimes - Sergey Lavrov: “Almaniya Rusiya-Avropa münasibətlərində konstruktiv rol oynamağı dayandırsa, Qərb əziyyət çəkəcək"


APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
"Biz almaniyalı həmkarlarımızın davranışından necə narahat olduğumuzu ifadə edə bilmirik. Almaniya həmişə Avropa İttifaqı-Rusiya münasibətlərində çox konstruktiv bir mövqe nümayiş etdirib. Əgər Almaniya sifarişlərə uyğun hərəkət etməyə qərar verərsə, bundan nə Avropa, nə Almaniya qazanmayacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Almaniya ilə Rusiya arasındakı münasibətlər gərginləşib. Almaniya kansleri Angela Merkel Rusiyanı Avropa İttifaqı ilə sıx əməkdaşlıq edən ölkələrin daxili işlərinə qarışmaqda günahlandırıb.


Story Code: 424536

News Link :
https://www.islamtimes.org/az/news/424536/lavrov-qərb-əziyyət-çəkəcək

Islam Times
  https://www.islamtimes.org