0
Tuesday 9 December 2014 - 22:22

Rusiyanın ABŞ təyyarəsini vurduğu üzə çıxdı

Story Code : 424550
Rusiyanın ABŞ təyyarəsini vurduğu üzə çıxdı
ANS-in məlumatına görə, hadisə bu ilin mart ayında Krımın Rusiyaya ilhaq edilməsi ərəfəsində baş verib.
Rusiya hərbi dairələrinin verdiyi məlumatda deyilir ki, martın 10-da Krım səmasında kəşfiyyat uçuşları edən ABŞ ordusuna məxsus MQ-5B Hunter pilotsuz təyyarəsi məcburən yerə endirilib. 
Təyyarənin 66-cı ABŞ Hərbi Kəşfiyyat Briqadasına məxsus olduğu bildirilir. Əvvəllər Bavariyada yerləşən briqadanın hazırda Ukraynaya gətirildiyi iddia olunur. 
Rusiya silahlı qüvvələrindən verilən məlumatda həmçinin bildirilir ki, Krım səmasında icazəsiz uçuşlar edən ABŞ təyyarələrindən biri də vurulub. 
Artıq Krım səmasının etibarlı şəkildə qorunduğu bildirilən məlumatda deyilir ki, bunun üçün ən müasir hərbi texnologiyalardan istifadə olunur.
Comment