0
Wednesday 10 December 2014 - 10:28

ABŞ-da casusluğa imkan verən proqramın müddəti daha 90 gün artırılıb

Story Code : 424647
ABŞ-da casusluğa imkan verən proqramın müddəti daha 90 gün artırılıb
APA-nın “Foreign Policy” jurnalına istinadən verdiyi məlumata görə, müvafiq qərar ABŞ xarici kəşfiyyatının işləri üzrə məhkəmə tərəfindən qəbul edilib.
ABŞ Nümayəndələr Palatası ötən ilin may ayında Milli Təhlükəsizlik Agentliyinin (MTA) sözügedən proqramına qadağa qoysa da, qanun hələ də qəbul edilməyib. Prezident Barak Obama mübahisəli kəşfiyyat sistemi ilə bağlı islahatları vəd etsə də, məsələ ilə bilavasitə məşğul olmayıb.
Qeyd edək ki, MTA-nın müvafiq proqramının müddəti il ərzində artıq dördüncü dəfə artırılır.
 
Comment