QR CodeQR Code

Moskva gey-parada qarşı

1 Nov 2010 13:23

IslamTimes - Moskva əhalisi cinsi azlıqlara qarşı etiraz aksiyalarına başladı


Son günlər Rusiya paytaxtında cinsi azlıqların fəallaşması yerli əhali arasında böyük narazılıqla qarşılanır. Homoseksualların, lesbiyanların gey-parad keçirmək üçün Moskva meriyasına müraciəti rədd edilib. Ənənəvi ailə dəyərlərinin müdafiəsinə qalxmış Moskva gəncləri və provoslav kilsə mitinqlərə start verib. 1 noyabrda Avropa Şurasının Moskvadakı informasiya mərkəzi qarşısında nümayişçilər gey-parada qadağa üçün imza toplamağa başlayıb. Tədbirin təşkilatçısı, “Georgiyevtsı” Provoslav Gənclər Hərəkatıdır. Onlar aksiya üçün Moskva hökumətindən icazə alıblar.
21 oktyabrda Strasburq məhkəməsi Moskvada gey-parada qoyulan qadağaları pisləyib, hətta hökuməti cərimələyib. Bu hadisə Moskvaya yeni merin təyinatı günlərinə təsadüf edir.


Story Code: 42467

News Link :
https://www.islamtimes.org/az/news/42467/moskva-gey-parada-qarşı

Islam Times
  https://www.islamtimes.org